MN: Naxçıvan istiqamətində Ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi nokauta salıb

MN: Naxçıvan istiqamətində Ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi nokauta salıb “Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması danılmaz faktdır”
Qarabağ
27 İyun , 2018 11:13
MN: Naxçıvan istiqamətində Ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi nokauta salıb
Müdafiə Nazirliyi
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ “Naxçıvan istiqamətində Ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada nokauta salıb. Ermənistan mətbuatının “Günnüt əməliyyatını” növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir”.

Bu barədə bir qrup erməni media nümayəndələrinin guya heç bir şey olmamış kimi cəbhənin həmin istiqamətinə səfər etməsi barədə məlumatı “Report”a şərh edərkən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Azərbaycan əsgərinin vurduğu tərs sillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır. Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə “press-tur”lar təşkil etməkdən başqa bir çıxış yolu qalmır.

Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır”, - Müdafiə Nazirliyindən bildiriblər.

Son xəbərlər

Orphus sistemi