Azərbaycan və Ermənistanın XİN başçıları sentyabrın 26-da Nyu-Yorkda görüşəcəklər
Qarabağ
- 24 sentyabr, 2018
- 05:55
Bakı. 24 sentyabr. REPORT.AZ/ BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında sentyabrın 26-da Nyu-Yorkda görüş keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.
Son xəbərlər
13:20
ASK: Aqrar sektorun inkişafında subsidiya mexanizmləri həlledici rol oynayır
ASK13:20
Foto
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilin yekunlarına dair iclası keçirilib
Media13:14
AFFA Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayrılan maliyyə vəsaitini açıqlayıb
Futbol13:13
"Azərbaycan Biznesinin İnkişafı Fondu" güzəştli kreditləşməni kəskin artırıb
Biznes13:13
Azərbaycanda kriptovalyuta və virtual aktivlər üçün tənzimləyici sənəd hazırlanır
Maliyyə13:12
Yaxın zamanlarda Lənkəranda yeni peşə təhsil mərkəzinin açılması nəzərdə tutulur
Elm və təhsil13:12
Rövşən Nəcəf: "Lisenziyalaşdırmanın düzgün tətbiqi Azərbaycan futbolunun inkişafına müsbət təsir göstərəcək"
Futbol13:10
Foto
İmtahan nəticələrinə təsir göstərmə faktları ilə bağlı cinayət işinin təfərrüatları açıqlanıb
Hadisə13:10