Yuxarı
    Bağlamaq

    Ankarada Xocalı abidəsi ucaldılacaq

    Bakı. 27 mart. REPORT.AZ/ Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) və Yenimahalle Bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində Ankaranın ən böyük məhəllələrindən biri olan Yenimahalledə Xocalı soyqırımı abidəsi ucaldılacaq və mövcud bir parka “Xocalı” adı veriləcək. 

    Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, bu barədə Türkiyə Azərbaycan Dərnəyi İdarə Heyəti üzvlərinin Yenimahalle Bələdiyyəsinin sədri Fethi Yaşarla görüşündə razılıq əldə olunub.

    Görüşdə, Türkiyədə son dövrdə Azərbaycanın həqiqətlərinin daha çox təbliğ olunması və Xocalıda 26 il öncə yaşanan insanlıq dramı ilə əlaqədar müxtəlif formatlı tədbirlərin həyata keçirildiyi, Türkiyənin əksər bələdiyyələri tərəfindən bu istiqamətdə fəaliyyətlərinə geniş yer verdiyi, bunun iki qardaş ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsində vacibliyi qeyd olunub.

    Türkiyə Azərbaycan Dərnəyi İdarə Heyətinin üzvləri bu kimi fəaliyyətlərin Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi ilə yanaşı, ortaq problemlərimizin birgə həlli üçün mühüm rol oynadığı vurğulanıb.

    Yenimahalle Bələdiyyəsinin sədri Fethi Yaşar görüşdən məmnun olduğunu və belə görüşlərin müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib. F.Yaşar məsələnin Yenimahalle Bələdiyyəsinin aprel ayı üçün nəzərdə tutulmuş planlarına daxil edilməsi ilə bağlı göstəriş verdiyini qeyd edib.

    Türkiyə Azərbaycan Dərnəyinin sədri Enver Türkoğlu, Dünya Azərbaycanlı Gənclər Birliyi Mərkəzi Şurasının üzvü Ahmet Gencehan Babiş və dərnəyin idarə heyətinin üzvləri bələdiyyə sədri F.Yaşara görüş üçün yaratdığı şərait və göstərdiyi dəstəyə görə təşəkkür edərək, bundan sonra da iki qardaş dövlət üçün fəaliyyətlərinin davam etdirilicəyinə əminnlik ifadə ediblər.

    Xatırladaq ki, Yenimahalle Bələdiyyəsinin sədri F.Yaşar “Twitter” hesabından fotoşəkil paylaşaraq "Yenimahalle ərazisində bələdiyyəmiz və Türkiyə Azərbaycan Dərnəyi ilə əməkdaşlıq çərçivəsində, Xocalıda yaşanan insanlıq dramının unudulmaması üçün içərisində soyqırım abidəsi olan bir park inşa edəcəyik",- yazıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi