Ağdamın Mireşəli kəndi Ermənistan ordusu tərəfindən atəşə tutulub - FOTO
Qarabağ
- 14 yanvar, 2018
- 11:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağdam. 14 yanvar. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdamın təmas xəttinə yaxın ərazidə yerləşən kəndini atəşə tutub.
"Report"un Qarabağ bürosu xəbər verir ki, düşmən atəşinə rayonun işğal altında olan Şıxlar və Orta Qərvənd kəndləri ilə üzbəüz mövqedə yerləşən Mireşəli kəndi məruz qalıb.
Yüngül atıcı silahlardan atılan güllələr fərdi yaşayış evlərinə və texnikaya dəyib.
Kənd icra nümayəndəsi Məhərrəm Quliyevin verdiyi məlumata görə, bir neçə evin dam örtüyü ilə bərabər kənd sakini Elman Məmmədova məxsus traktora da ziyan dəyib.
Qarşı tərəf Azərbaycan Ordusunun cavab atəşindən sonra susdurulub. Hazırda cəbhə kəndində nisbi sakitçilikdir.
Son xəbərlər
14:08
SOCAR ilk fasiləsiz enerji layihəsində iştirak etməkdə maraqlıdır
Energetika
14:08
Ceyhun Bayramov: Azad olunmuş ərazilərdə bərpa işlərində İtaliya şirkətləri fəal iştirak edirlər
Digər
14:08
Ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatlarının ictimaiyyətə açıqlanması haqqında dəyişiklik təsdiqlənib
Milli Məclis
14:07
"ASAN Xidmət": Gündəlik əməliyyatlara süni intellekti fəal şəkildə adaptasiya etmişik
İKT
14:07
Bakıda yeni uşaq bağçası istifadəyə verilib
Elm və təhsil
14:07
Ceyhun Bayramov: İtaliya Azərbaycanın 8 beynəlxalq təşəbbüsünə qoşulub
Xarici siyasət
14:05
Ceyhun Bayramov: Bu ilin ilk 9 ayında Azərbaycan-İtaliya ticarət dövriyyəsi 9 milyard dollara çatıb - Əlavə olunub
Xarici siyasət
14:05
Azərbaycan və Çexiya arasında hərbi-texniki əməkdaşlıq sazişi təsdiq edilib
Daxili siyasət
14:03
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
İnfrastruktur