Zakir Həsənov: "Rəsmi Yerevanın danışıqları qəsdən uzatması bölgədəki şəraitə mənfi təsir göstərir"

Qarabağ
  • 10 yanvar, 2020
  • 11:03
Zakir Həsənov: Rəsmi Yerevanın danışıqları qəsdən uzatması bölgədəki şəraitə mənfi təsir göstərir
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov
Report

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqların rəsmi Yerevan tərəfindən qəsdən uzadılması bölgədəki şəraitə mənfi təsir göstərir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov yanvarın 10-da Bolqarıstanın Bakıdakı səfiri Nikolay Yankov ilə görüşdə deyib. 

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti