Şəhid çavuş dəfn olunub

Şəhid çavuş dəfn olunub Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədovun nəşi doğulduğu Tovuz rayonunun Qazıqulu kəndinə gətirilib.
Qarabağ
21 Sentyabr , 2020 16:29
Şəhid çavuş dəfn olunub

Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədov dəfn olunub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhidin cənazəsi Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

14:46

Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədovun nəşi doğulduğu Tovuz rayonunun Qazıqulu kəndinə gətirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hazırda yaşadığı evdə şəhidlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon sakinləri iştirak edirlər.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Son xəbərlər

Orphus sistemi