Şəhid Aqşin Abdullayev dəfn edilib - FOTO - VİDEO

Şəhid Aqşin Abdullayev dəfn edilib - FOTO - VİDEO Şəhid Şəkinin Kiş kəndində torpağa tapşırılıb
Qarabağ
28 Fevral , 2017 14:39
Şəhid Aqşin Abdullayev dəfn edilib - FOTO - VİDEO

Şəki. 28 fevral. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu Aqşin İsmayıl oğlu Abdullayev dəfn edilib.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, şəhid doğulduğu Kiş kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, rayon ictimaiyyəti, şəhidin doğmaları, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti iştirak edib.

Mərasimdə çıxış edənlər şəhidin yaxınlarına başsağlığı verib, onun qanının yerdə qalmayacağını söyləyiblər.

Dəfn mərasimində hərbi orkestrin müşayiəti ilə yaylım atəşi açılıb, şəhidin tabutu üzərinə sərilmiş Azərbaycanın üçrəngli bayrağı onun atasına verilib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi