Yuxarı

İstintaq xidmətinin başçısı: “Mart hadisələri zamanı Qarabağdan Yerevana aparılan hərbçilərə pul paylayırdılar”

Bakı. 11 sentyabr. REPORT.AZ/ “2008-ci il fevralın 23-dən martın 7-8-dək Qarabağdan Yerevana aparılan hərbçilərə pul paylayırdılar”.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin başçısı Sasun Xaçatryan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla birlikdə sentyabrın 11-də 2008-ci il martın 1-2-dəki hadisələrə dair istintaqla bağlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, istintaq yeni detallar aşkarlayıb: “2008-ci ilin fevralında 0038 saylı xüsusi qriflə “tamamilə məxfi” əmr olub. Araşdırma zamanı məlum olub ki, həmin əmrlə, əsasən, mobil güc qrupları yaradılıb. Robert Koçaryanın vəkili bildirib ki, ordunu siyasətə qarışdırmamaq üçün onu müdafiə nazirnin müavinləri Qaqik Melkonyan və Manvel Qriqoryan yaradıb. Bu dəlil azından qeyri-ciddidir”, - deyə Sasun Xaçatrayn vurğulayıb.

O, hərbçilərin adları və onlara verilmiş pulun məbləği yazılmış jurnalı da mətbuatın diqqətinə çatdırıb.

S.Xaçatrayn hərbçilərə pul paylayan şəxslərin adların açıqlamayıb. Bildirib ki, adlarını açıqlasa, onlar ölkədən qaçacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi