Hikmət Hacıyev: "Ermənilər Avropada COVID-19 yayırlar"
Hikmət Hacıyev: "Ermənilər Avropada COVID-19 yayırlar"“Ermənistan hökumətinin təşəbbüsü ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yolların hərəkətini pozur, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyatlara zərər verir və COVID-19 yayırlar”
“Ermənistan hökumətinin təşəbbüsü ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yolların hərəkətini pozur, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyatlara zərər verir və COVID-19 yayırlar”.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
“Ermənistan bu cür təxribatlara getmək əvəzinə, Azərbaycan torpaqlarının işğalına son qoymalıdır”, - o əlavə edib.
Qeyd edək ki, bunu Hikmət Hacıyev Ermənistan baş naziri Nikol Paşinyanın Avropada yaşayan ermənilərin keçirdiyi aksiyalar barədə tvitinə cavab olaraq bildirib.
With the instigation of Armenian Government armenian lobby groups in European cities distrupt highways, cause difficulties for people, harm the economies and spread COVID-19. Instead of engaging in such provocations Armenia must end it's occupation of Azerbaijan's lands. pic.twitter.com/bJPnDjLmWG