Həmsədrlər Parisdə Qarabağ münaqişəsinə dair məsləhətləşmələr keçirib

Həmsədrlər Parisdə Qarabağ münaqişəsinə dair məsləhətləşmələr keçirib Bu gün, sentyabrın 14-də Paris şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik arasında Dağlıq Qarabağ münaqişəsinin həlli
Qarabağ
14 Sentyabr , 2020 20:20
Həmsədrlər Parisdə Qarabağ münaqişəsinə dair məsləhətləşmələr keçirib

Bu gün, sentyabrın 14-də Paris şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti intensiv məsləhətləşmələr keçirilib. Danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib. 

Bu barədə "Report"a ATƏT-dən məlumat verilib. 

Bildirilib ki, həmsədrlər Ermənistan-Azərbaycan sərhədində iyul ayında yaranmış gərginliyi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyəti müzakirə ediblər. 

Eyni zamanda vurğulanıb ki, həmsədrlərin həm Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov, həm də Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrılıqda telefon danışığı baş tutub. Həmsədrlər xarici siyasət idarələrinin rəhbərlərinə yaxın həftələrdə onların iştirakı ilə görüşün keçirilməsini təklif ediblər.

Son xəbərlər

Orphus sistemi