Fransadakı konfransda Dağlıq Qarabağ məsələsi qaldırılıb

Fransadakı konfransda Dağlıq Qarabağ məsələsi qaldırılıb Fransada Azərbaycan-Fransa Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə “Minsk qrupunun həmsədri Fransa Milli Bayramı ərəfəsində“ adlı onlayn konfrans keçirilib.
Dağlıq Qarabağ münaqişəsi
7357
14 İyul , 2020 07:16
Fransadakı konfransda Dağlıq Qarabağ məsələsi qaldırılıb
0 : 00
0 : 00

Fransada Azərbaycan-Fransa Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə “Minsk qrupunun həmsədri Fransa Milli Bayramı ərəfəsində“ adlı onlayn konfrans keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, onlayn konfransda Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy, keçmiş senator Aymeri de Montesquiou d’Artagnan, ADFA-nın prezidenti Günel Səfərova, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova çıxış ediblər.

Konfransda Ermənistanın işğalı nəticəsində evlərindən didərgin düşmüş məcburi köçkünlərin məsələsi qaldırılıb, Dağlıq Qarabağ münaqişəsinin fəsadları geniş təhlil edilib, həllinin regionun yalnız iqtisadi təkamülü üçün deyil, insan hüquqları və demokratik dəyərlərin inkişafı üçün də vacib olduğu vurğulanıb. Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunsa, Minsk qrupunun həmsədri olan Fransanın şirkətlərinin Azərbaycanda fəaliyyətləri üçün daha geniş imkanlar açıla bilər. Tədbirdə Fransada Dağlıq Qarabağ münaqişəsi haqqında reallıqdan uzaq, düzgün olmayan məlumatların yayılmasında bu ölkədə fəaliyyət göstərən erməni lobbisinin roluna da toxunulub.

Natiqlər Dağlıq Qarabağ probleminin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası yolu ilə mümkün olduğunu bildiriblər.