Gürcü ekspertlər: Ermənistan Qarabağa qanunsuz köçürmələrlə işğalı möhkəmləndirməyə çalışır

Gürcü ekspertlər: Ermənistan Qarabağa qanunsuz köçürmələrlə işğalı möhkəmləndirməyə çalışır “Ermənistan Azərbaycan ərazilərini işğal edəndən bəri beynəlxalq hüququn bir sıra normalarını pozub və bu proses indi də davam edir”.
Qarabağ
12 Sentyabr , 2020 16:03
Gürcü ekspertlər: Ermənistan Qarabağa qanunsuz köçürmələrlə işğalı möhkəmləndirməyə çalışır

“Ermənistan Azərbaycan ərazilərini işğal edəndən bəri beynəlxalq hüququn bir sıra normalarını pozub və bu proses indi də davam edir”.

Bunu “Report”un Gürcüstan bürosuna Ermənistan hakimiyyətinin Livan və Suriyadan olan erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz köçürməsini şərh edən politoloq Tengiz Txilava deyib.

Onun fikrincə, qanunsuz məkunlaşdırmanın əsas məqsədlərindən biri işğalı möhkəmləndirməkdir: “Çünki Azərbaycan güclüdür və ordusu Ermənistan ordusundan daha qüdrətlidir. Bu həm 2016-cı ilin Aprel döyüşləri, həm də bu ilin iyul ayında sübüt olunub”.

Siyasi ekspertin sözlərinə görə, Ermənistan bu cəhdləri ilə həm də Dağlıq Qarabağda erməni sakinlərin sayını artırmaq və daha sonra onlarla spekulyasiya etməyi hədəfləyib: “Suriya və Livanda hərbi əməliyyatlar davam edir. Dağlıq Qarabağa köçürülmə yerli ermənilər üçün xilas ola bilər. Ermənistan isə bu dinc insanlardan öz təxribatçı məqsədləri üçün istifadə edəcək. Lakin Ermənistan unutmamalıdır ki, gec və ya tez Azərbaycanın işğal etdiyi ərazilərini geri qaytarmalı olacaq”.

T.Txilava qeyd edib ki, Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə kəskin şəkildə münasibət göstərilməməsi təəssüf doğurur: “Beynəlxalq ictimaiyyət əvvəllər olduğu kimi indi də çox zəif reakiya verir. Burada erməni lobbisinin aktiv fəaliyyətini də istisna etmək olmaz”.

Digər politoloq Nikoloz Metreveli isə bildirib ki, Ermənistanın Azərbaycanın işğal olunan torpaqlarına ermənilərin qanunsuz köçürülməsi siyasətini davam etdirməsi yolverilməzdir: “Bu cür hərəkətlər qəti şəkildə qınanılmalıdır. Ermənistanın bu əməlləri münaqişənin həlli üzrə danışıqlar prosesinə də mənfi təsir edəcək”.

Siyasi analitikin sözlərinə görə, son vaxtlar Gürcüstanın işğal altında olan bölgələrində Rusiya tərəfindən də müxtəlif qanunsuz fəaliyyət əməlləri törədilir: “Bütün bu təxribatların indi baş verməsi təsadüfi deyil. Hazırda COVID-19 pandemiyasına görə dünyada çətin dövr hökm sürür. Bu baxımdan təxribatlar üçün yaxşı vaxt seçilib”.

Son xəbərlər

Orphus sistemi