Ekspert: “KTMT ölkələri Ermənistanın bu təxribatı qəsdən törətdiyini başa düşür”

Ekspert: “KTMT ölkələri Ermənistanın bu təxribatı qəsdən törətdiyini başa düşür” "Paşinyanın ümid etdiyi şey - KTMT-ni münaqişəyə cəlb etmək planı alınmadı”
Dağlıq Qarabağ münaqişəsi
2688
17 İyul , 2020 20:59
Ekspert: “KTMT ölkələri Ermənistanın bu təxribatı qəsdən törətdiyini başa düşür”

“Ermənistanda iqtisadiyyat və koronavirus pandemiyası ilə bağlı, həqiqətən, kədərli vəziyyət mövcuddur. Əhali suallar verməyə başlayıb. Belə şəraitdə Paşinyanın özünün əsas qarantı - Rusiya istiqamətində kəskin hücumlar etdiyini görürük. Məncə, diqqəti aktual problemlərdən yayındırmaq üçün məhz Ermənistan-Azərbaycan sərhədində təxribata cəhd edildi”.

Bu sözləri “Report”un Rusiya bürosuna rusiyalı jurnalist, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib.

Ekspertin sözlərinə görə, hərbi münaqişə yaradan Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dərhal onun arxasında dayanacağına ümid edirdi, lakin bu baş tutmadı: “Üstəlik, KTMT Paşinyanın ilk açıqlamasındaca təcili sammit çağırmaqdan imtina etdi. Bu məsələdə təşkilata daxil olan ölkələrin, o cümlədən Rusiyanın Ermənistanın Azərbaycanın bütün dostlarını münaqişəyə sürükləmək üçün bilərəkdən bu təxribata əl atdığını başa düşdüyünü görürük. Çünki təşkilatdakı ölkələrdən yalnız Ermənistan Azərbaycanın düşmənidir. Qalan digər ölkələr Azərbaycanla uğurlu siyasi və iqtisadi əməkdaşlıq edir. Azərbaycan onlar üçün strateji tərəfdaş və bölgədəki müttəfiqdir. Rusiya və KTMT-yə üzv digər ölkələrin Ermənistanın şıltaqlığı ilə Azərbaycana qarşı müharibəyə gedəcəyini təsəvvür etmək mümkün deyil. Paşinyanın ümid etdiyi şey - KTMT-ni münaqişəyə cəlb etmək planı alınmadı”.

Son xəbərlər

Orphus sistemi