Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun Bakıya işgüzar səfəri çərçivəsində Türkiyəli həmkarı ilə görüşü keçirilib.
Qarabağ
1 Noyabr , 2020 16:27
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Bakıya işgüzar səfər edən Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, görüş zamanı nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bölgədəki son vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Ermənistanın humanitar atəşkəslə bağlı razılıqlara rəğmən Azərbaycanlı dinc əhalinin atəşə tutması, Cenevrə görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışına məhəl qoymayaraq yenidən Azərbaycanın yaşayış məntəqələrini hədəf alması, beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə həmkarına məlumat verdi.

Nazirlər bölgədə dayanıqlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoyulmasının vacibliyini vurğuladılar.

Son xəbərlər

Orphus sistemi