"Report"un məlumatına görə, bu barədə BMT baş katibinin sözçüsünün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatında bildirilib.
Baş katib ölkə rəhbərlərinin sülhə şərait yaradan mühitin əldə olunması və uğurlu danışıqların aparlması üçün əlavə tədbirlərin görülməsinə önəm vermələrini müsbət qarşılayıb. O həmçinin atəşkəsin gücləndirilməsi, humanitar problemlərin aradan qaldırılması, eləcə də münaqişənin sülh yolu ilə həlli üçün dialoqun davam etdirilməsinə dair ölkə rəhbərlərinin öz öhdəliklərinə sadiq qalmasını alqışlayıb.
Baş katib ATƏT-in Minsk qrupu həmsədrlərinin vacib vasitəçilik rolunu yüksək qiymətləndirib və onların davamlı səylərinə BMT-nin tam dəstəyini yenidən bəyan edib.