Yevgeni Jukov: COP29 iqlim dəyişikliyi ilə mübarizədə Mərkəzi Asiyaya kömək edəcək

Yevgeni Jukov: COP29 iqlim dəyişikliyi ilə mübarizədə Mərkəzi Asiyaya kömək edəcək Azərbaycanda noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim dəyişikliyinə qarşı mübarizədə Mərkəzi Asiyanı təşviq edəcək.
COP29
2 May , 2024 15:40
Yevgeni Jukov: COP29 iqlim dəyişikliyi ilə mübarizədə Mərkəzi Asiyaya kömək edəcək

Azərbaycanda noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim dəyişikliyinə qarşı mübarizədə Mərkəzi Asiyanı təşviq edəcək.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində "CAREC regionunda daha ekoloji cəhətdən təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, CAREC-in iqlim dəyişikliyi ilə bağlı baxışı ötən ilin noyabrında Tbilisidə təsdiqlənib: "Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə Mərkəzi Asiyanı irəli aparacaq COP29-a ev sahibliyi edəcək. Qeyd etmək lazımdır ki, region bu proseslərin nəticələri ilə üz-üzədir. Bu şəraitdə yüksək nəqliyyat və ticarət xərcləri bu regionda diversifikasiyanı aşağı salır".

Son xəbərlər

Orphus sistemi