WMO rəsmisi: "Dünya heç vaxt ötənilki kimi quraqlıq keçirməyib"

WMO rəsmisi: "Dünya heç vaxt ötənilki kimi quraqlıq keçirməyib" Qlobal miyasda su axınına baxılsa, dünya heç vaxt ötənilki kimi quraqlıq keçirməyib.
COP29
21 Noyabr , 2024 10:14
WMO rəsmisi: Dünya heç vaxt ötənilki kimi quraqlıq keçirməyib
Stefan Ahlenbruk

Qlobal miqyasda su axınına baxılsa, dünya heç vaxt ötənilki kimi quraqlıq keçirməyib.

"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Hava, İqlim və Su üzrə İxtisaslaşdırılmış Agentliyi - Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Hidrologiya, Su və Kriosfer proqramının rəhbəri Stefan Ahlenbruk COP29 çərçivəsində təşkil olunmuş "İqlim üçün su: Su məsələlərinin NDCs və NAPs-a inteqrasiyası" adlı tədbirdə bildirib.

"Yer kürəsinin təxminən yarısında su axını orta həddən aşağı və yaxud çox aşağı olub. Bu maraqlı məqamdır, çünki son 15 ayda, demək olar ki, hər ay temperatur rekordu qırmışıq. Beləliklə, planetdə əvvəllər heç vaxt bu qədər isti olmayıb. Atmosferdəki bu istilik çayları qurudur. Həmçinin okeanlarda da rekord tempuraturlara şahid olduq. Okenalarda və atmosferdə yüksək temperatur daha çox ekstremal yağışa səbəb olub. Beləliklə, biz çox şiddətli daşqınlarla xarakterizə olunan bir il yaşadıq", - deyə o qeyd edib.

Qonağın sözlərinə görə, yeraltı suların da həcmi normadan aşağı olub: "İqlim dəyişikliyi nəticəsində bütün dünyada buzlaqlar sürətlə azalır. Məsələn, son 2 il İsveçrə buzlaqlarının təxminən 10%-i əriyib. Bu da, qlobal miqyasda gözlədiyimizdən daha sürətli ərimədir".

Son xəbərlər

Orphus sistemi