SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qlobal yaşıl enerji şirkəti olan “Tree Energy Solutions” (TES) arasında Azərbaycanda elektrik təbii qazı (e-NG) layihəsinin inkişafının araşdırılması məqsədilə Birgə Tədqiqat Sazişi imzalanıb
COP29
21 Noyabr , 2024 14:28
SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qlobal yaşıl enerji şirkəti olan “Tree Energy Solutions” (TES) arasında Azərbaycanda elektrik təbii qazı (e-NG) layihəsinin inkişafının araşdırılması məqsədilə Birgə Tədqiqat Sazişi imzalanıb.

Bu barədə “Report” SOCAR-a istinadən xəbər verir.

Sənədə əsasən, TES-in regionda qabaqcıl apstrim modul texnologiyasının tətbiqinin texniki, iqtisadi və kommersiya məqsədəuyğunluğunun qiymətləndirilməsi üzrə birgə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın strateji mövqeyi və SOCAR-ın geniş enerji təcrübəsi ölkəmizdə e-NG istehsalı üçün əlverişli imkanlar yaradır. Bununla yanaşı, Azərbaycanda istehsal olunan e-NG-nin Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılması mümkündür.

Son xəbərlər

Orphus sistemi