Şərqi Afrika Qanunvericilik Assambleyasının parlament üzvü: Azərbaycanda keçirilən COP29-dan gözləntilərim böyükdür

Şərqi Afrika Qanunvericilik Assambleyasının parlament üzvü: Azərbaycanda keçirilən COP29-dan gözləntilərim böyükdür Liderlərin hər COP-da iqlim dəyişikliyi ilə bağlı maliyyələşmə üçün verdikləri vədləri yerinə yetirməyə sadiq qalmalarını görmək istəyirəm.
COP29
17 Noyabr , 2024 12:15
Şərqi Afrika Qanunvericilik Assambleyasının parlament üzvü: Azərbaycanda keçirilən COP29-dan gözləntilərim böyükdür

Liderlərin hər COP-da iqlim dəyişikliyi ilə bağlı maliyyələşmə üçün verdikləri vədləri yerinə yetirməyə sadiq qalmalarını görmək istəyirəm.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şərqi Afrika Qanunvericilik Assambleyasının parlament üzvü Jaklin Amongin deyib.

O deyib ki, Azərbaycanda keçirilən COP29-dan gözləntilərim böyükdür:

"Gözləntilərim əsasən iqlim öhdəliklərinin nəticələri, qlobal iqlim maliyyələşdirilməsi və Afrika kimi iqlimə həssas ölkələrlə bağlıdır. Həmçinin liderlərin hər COP-da iqlim dəyişikliyi maliyyələşdirilməsi üçün verdikləri vədləri yerinə yetirməyə sadiq qalmalarını görmək istəyirəm. Amma ən əsası, adaptasiya mətnini görmək istəyirəm. Adaptasiya tədbirləri ikiqat artırılmalıdır".

Son xəbərlər

Orphus sistemi