Sint-Marten təmsilçisi: Avropa müstəmləkəçiləri törətdikləri qeyri-insani hərəkətlərin nəticələrini etiraf etməli olacaqlar

Sint-Marten təmsilçisi: Avropa müstəmləkəçiləri törətdikləri qeyri-insani hərəkətlərin nəticələrini etiraf etməli olacaqlar Avropa müstəmləkəçiləri törətdikləri qeyri-insani hərəkətlərin, əsarət və kolonializmin nəticələrini etiraf edəcəklər.
COP29
13 Noyabr , 2024 12:16
Sint-Marten təmsilçisi: Avropa müstəmləkəçiləri törətdikləri qeyri-insani hərəkətlərin nəticələrini etiraf etməli olacaqlar
Rhoda Arrindel

Avropa müstəmləkəçiləri törətdikləri qeyri-insani hərəkətlərin, əsarət və kolonializmin nəticələrini etiraf etməli olacaqlar.

"Report" xəbər verir ki, bunu Sint-Marten adasının müstəqilliyi naminə müdafiəçi Rhoda Arrindel Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Qlobal Cənub dövlətləri Qlobal Şimal dövlətləri tərəfindən edilən pis seçimlərin nəticələrinə meyillidir. Ona görə də müstəmləkəçilərin ətraf mühitlə bağlı narahatlıqları çox vaxt görünmür və onlar buna kifayət qədər maliyyə ayırmırlar:

"2017-ci ildə "İrma" qasırğası və COVID-19 pandemiyası ilə bağlı təcrübəmiz ən son nümunələrdən yalnız ikisidir. Qasırğanın fəsadlarının bərpası üçün Niderlandın maliyyələşdirmə təklifi o qədər qeyri-insani idi ki, bizim ovaxtkı hökumət liderimiz tərəfindən ona “ədəbsiz təklif” damğası vuruldu. Bu şərtləri qəbul etmək o demək idi ki, 2028-ci ilə qədər Dünya Bankının ofisi və Milli Bərpa Planlaşdırma Bürosunun Niderlandda, Avropanın və ABŞ-nin digər yerlərində maliyyə vəsaitlərini təşkilatlara və hesablara qaytaran layihələri ilə razılaşırıq".

R.Arrindel əlavə edib ki, Niderlandın pandemiyadan sonrakı addımları Sint-Marten əhalisinin gələcək nəsillərin daşımalı olacağı kreditləri qəbul etmək demək idi:

"Beləliklə, üç il ərzində Sint-Marten əhalisi ən həssas vəziyyətdə olduqları zaman müstəmləkə dövlətləri tərəfindən istismar edildi".

Son xəbərlər

Orphus sistemi