Dünyadakı icmalar iqlim dəyişikliyinin təsirindən əziyyət çəkməkdə davam edir.
“Report”un məlumatına görə, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşdə deyib.
O qeyd edib ki, dünya ictimaiyyəti havanın temperaturunun 1,5 dərəcəyə qədər yüksəlməsi ilə bağlı Paris Sazişindən irəli gələn öhdəlikləri yerinə yetirmir: “Statistikaya nəzər salsaq, görərik ki, Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, 2023-cü il müşahidələr dövründə ən isti il olub”.
Y.Rəfiyevin sözlərinə görə, COP29 komandası tərəfləri daha qeyri-rəsmi şəraitdə toplamaq və iqlim dəyişikliyi ilə mübarizə məsələlərini müzakirə etmək məqsədilə iyulun ikinci yarısında Azərbaycanda seminar təşkil etmək niyyətindədir.