Mirça Feçet: İqlim fəaliyyəti siyasi fikir ayrılıqlarından üstün olmalıdır

Mirça Feçet: İqlim fəaliyyəti siyasi fikir ayrılıqlarından üstün olmalıdır İqlim tədbirlərinin həyata keçirilməsi siyasi fikir ayrılıqlarına nəzərən prioritet təşkil etməlidir və Rumıniya ölkələri planetin gələcəyinə diqqət yetirməyə çağırır.
COP29
19 Noyabr , 2024 14:27
Mirça Feçet: İqlim fəaliyyəti siyasi fikir ayrılıqlarından üstün olmalıdır

İqlim tədbirlərinin həyata keçirilməsi siyasi fikir ayrılıqlarına nəzərən prioritet təşkil etməlidir və Rumıniya ölkələri planetin gələcəyinə diqqət yetirməyə çağırır.

“Report” xəbər verir ki, bunu Rumıniyanın ətraf mühit, su və meşə resursları naziri Mirça Feçet COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib.

"Biz rekord sayda iqlim fəlakətlərinin qeydə alındığı 2024-cü ilin sonuna yaxınlaşırıq. Aydındır ki, bu, artıq istisna deyil, reallığımızın ayrılmaz hissəsinə çevrilir", - o bildirib.

"Mən hər kəsi ədalətli keçid, iqlim dəyişikliyinin səmərəli idarə edilməsi və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün məlumatlılığın artırılması, təhsil və inklüziv iştirak üzərində işləməyə çağırıram. Şəffaflıq bu prosesin bütün mərhələlərində fundamental sütun olaraq qalır", - nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi