Qırğız nazir: İqlim investisiyalarının artırılması milli layihələrin həyata keçirilməsi üçün imkanları genişləndirəcək

Qırğız nazir: İqlim investisiyalarının artırılması milli layihələrin həyata keçirilməsi üçün imkanları genişləndirəcək Bakıda keçirilən COP29 konfransı qlobal iqlim dəyişikliyi ilə mübarizə kontekstində mühüm hadisə olub.
COP29
13 Dekabr , 2024 16:17
Qırğız nazir: İqlim investisiyalarının artırılması milli layihələrin həyata keçirilməsi üçün imkanları genişləndirəcək

Bakıda keçirilən COP29 konfransı qlobal iqlim dəyişikliyi ilə mübarizə kontekstində mühüm hadisə olub.

Bu barədə “Report”a müsahibəsində Qırğız Respublikasının təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Meder Maşiyev bildirib.

"Əldə edilmiş razılaşmalar beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkələrin Paris Sazişinin icrasına və dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda əsl sadiqlik nümayiş etdirməsi baxımından irəliyə doğru atılan mühüm addımdır. Müzakirə olunan mövzular arasında iqlim təşəbbüslərinin maliyyələşdirilməsi ilə bağlı məsələlərin yer alması Qırğızıstan kimi inkişaf etməkdə olan iqtisadiyyatlar üçün birbaşa əhəmiyyət kəsb edir”, - o vurğulayıb.

M.Maşiyevin fikrincə, iqlim investisiyalarının artırılması milli iqlim və ekoloji layihələrin həyata keçirilməsi üçün vəsaitlərə çıxışı yaxşılaşdıracaq.

"Qırğızıstan dayanıqlı inkişaf infrastrukturunun yaradılması və iqlim təhdidlərindən qorunma da daxil olmaqla, öz layihələri üçün bu vəsaitlərin cəlb edilməsi proqramlarında fəal iştirak edə bilər", - o qeyd edib.

Nazir əlavə edib ki, Qırğızıstan üçün “yaşıl enerji”nin inkişafı, kənd təsərrüfatının iqlim dəyişikliyinə dayanıqlılığının artırılması, su ehtiyatlarının qorunması və təbii ekosistemlərin idarə edilməsinin təkmilləşdirilməsi məsələləri xüsusilə vacibdir.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi