Lorens Tubiana: “Enerji keçidləri zamanı ədalət prinsiplərinə əsaslanan siyasət prioritet olmalıdır”

Lorens Tubiana: “Enerji keçidləri zamanı ədalət prinsiplərinə əsaslanan siyasət prioritet olmalıdır” Loran Tubiana: “Enerji keçidləri zamanı ədalət prinsiplərinə əsaslanan siyasət prioritet olmalıdır”
COP29
16 Noyabr , 2024 11:07
Lorens Tubiana: “Enerji keçidləri zamanı ədalət prinsiplərinə əsaslanan siyasət prioritet olmalıdır”

Enerji keçidləri zamanı ədalət prinsiplərinə əsaslanan siyasət prioritet olmalıdır.

“Report” xəbər verir ki, bunu Avropa İqlim Fondunun icraçı direktoru Lorens Tubiana COP29 çərçivəsində keçirilən “Təmiz enerji keçidlərində ədalət və əlçatanlıq üçün dizayn” tədbirində deyib.

Onun sözlərinə görə, enerji sistemlərində köklü dəyişikliklər aparıldığı bir zamanda beynəlxalq maraqlı tərəflər enerji iqtisadiyyatının kənarında qalanları da nəzərə almalıdır.

O bildirib ki, bu yanaşma qlobal səviyyədə insanların rifahını yaxşılaşdırmaq üçün unikal imkan yaradır: “Milli Müəyyən Edilmiş Töhfələrin (NDC) ədalətli keçid prinsipləri ilə uyğunlaşdırılması, iqlim və sosial ədalət məqsədlərinə eyni vaxtda nail olmağın əsas şərtidir. Bu iki hədəf bir medalın iki üzüdür”.

Hökumətlər və beynəlxalq təşkilatlar enerji keçidi strategiyalarını mərkəzli şəkildə qurmalı olduğunu qeyd edən L.Tubiana, bu prosesdə ədalət, əlçatanlıq və bərabərlik prinsiplərinin əsas götürülməsinin vacibliyini diqqətə çatdırıb. O, əlavə edib ki, enerji keçidlərinin təkcə ekoloji deyil, həm də sosial-iqtisadi nəticələrini nəzərə alaraq, bərabərsizliyin azaldılması istiqamətində addımlar atılmalıdır. Xərclərin və faydaların ədalətli paylanması, həssas qrupların müdafiəsi və iş yerlərinin yaradılması bu prosesin əsas tərkib hissələrindən olmalıdır.

L.Tubiana həmçinin vurğulayıb ki, ədalətli keçid planlarının hazırlanması və həyata keçirilməsi zamanı siyasətçilərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və əmək liderlərinin fəal iştirakı təmin edilməlidir. “Bu yanaşma enerji keçidini sürətləndirməklə yanaşı, sosial bərabərliyə və ədalətə töhfə verəcək”.

Son xəbərlər

Orphus sistemi