Kanako Mabuçi: BMT COP29 Sədrliyini dəstəkləməyə sadiqdir

Kanako Mabuçi: BMT COP29 Sədrliyini dəstəkləməyə sadiqdir BMT bu sessiya üçün qarşıya qoyulmuş iddialı məqsədlərə nail olmaq üçün COP29 Sədrliyini dəstəkləməyə tam sadiqdir.
COP29
16 May , 2024 11:06
Kanako Mabuçi: BMT COP29 Sədrliyini dəstəkləməyə sadiqdir

BMT bu sessiya üçün qarşıya qoyulmuş iddialı məqsədlərə nail olmaq üçün COP29 Sədrliyini dəstəkləməyə tam sadiqdir.

“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi ADA Universitetində keçirilən iqlim və su sammitində deyib.

Onun sözlərinə görə, belə sammitlər Azərbaycanın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDCs) hazırladığı indiki dövrdə xüsusilə vacibdir:

“COP təkcə hadisə deyil, həm də bir prosesdir. Hər bir COP tədbiri bizi qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlamaq, həssas cəmiyyətlərə iqlim dəyişikliyinin təsirlərinin öhdəsindən gəlməkdə kömək etmək və sıfır hava çirkliliyinə nail olmaq kimi ümumi hədəfimizə yaxınlaşdıran növbəti sessiya üçün sanki tikinti blokudur”.

Son xəbərlər

Orphus sistemi