Nazir müavini: Azərbaycan həqiqətən də COP29 gündəliyinə sadiqdir

Nazir müavini: Azərbaycan həqiqətən də COP29 gündəliyinə sadiqdir Azərbaycan həqiqətən də COP29 gündəliyinə sadiqdir.
COP29
13 İyun , 2024 15:54
Nazir müavini: Azərbaycan həqiqətən də COP29 gündəliyinə sadiqdir

Azərbaycan həqiqətən də COP29 gündəliyinə sadiqdir.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin mavini Anar Kərimov UNFPA ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə təşkil olunan “29 İqlim söhbətindən 10-cusu: COP29-a gedən yol” adlı tədbirdə çıxışı zamanı deyib.

A.Kərimov dayanıqlı inkişaf kursunun müəyyənləşdirilməsi zamanı strateji planlaşdırmada demoqrafik meyllərlə bağlı yanaşmaların inteqrasiyasının zəruriliyini vurğulayıb: “İqlim dəyişikliyi və demoqrafik tendensiyalar arasında əlaqənin müəyyən edilməsi iqlim dəyişikliyinin təsirlərini daha yaxşı idarə etməyə kömək edir”.

 Mariam Xan
Mariam Xan

Öz növbəsində, UNFPA-nın Azərbaycan üzrə ölkə direktoru Mariam Xan qeyd edib ki, iqlim dəyişikliyi doğum, miqrasiya və ölüm hallarının hər bir aspektinə təsir göstərir: “Hər bir insanın ətraf mühitə də təsiri var. Bunlar bizim şəxsi seçimlərimiz və verdiyimiz qərarlardır. Buna görə də iqlim dəyişikliyinə qarşı mübarizə vacibdir”.

Son xəbərlər

Orphus sistemi