Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədr seçiləndən bəri müxtəlif sektorlarda resursların əhəmiyyətli dərəcədə səfərbər edilməsi müşahidə olunur.
“Report” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva UNFPA ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə təşkil olunan “29 İqlim söhbətindən 10-cusu: COP29-a gedən yol” adlı tədbirdə çıxışı zamanı deyib.
“BMT-nin Azərbaycandakı nümayəndəliyi COP29-un uğurlu olması üçün ölkəyə və maraqlı tərəflərə dəstəyini davam etdirir”, - o bildirib.
V.Andreyevanın sözlərinə görə, bugünkü tədbir çox vacibdir, çünki iqlim dəyişikliyi dünyada demoqrafik dinamikaya təsir göstərir.