IRENA: Enerji keçidinin sürətləndirilməsində əsas maneələrdən biri infrastrukturdur

IRENA: Enerji keçidinin sürətləndirilməsində əsas maneələrdən biri infrastrukturdur Enerji keçidinin sürətləndirilməsində əsas maneələrdən biri infrastrukturdur.
COP29
16 Noyabr , 2024 18:11
IRENA: Enerji keçidinin sürətləndirilməsində əsas maneələrdən biri infrastrukturdur

Enerji keçidinin sürətləndirilməsində əsas maneələrdən biri infrastrukturdur.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) ölkə Əlaqələri və Tərəfdaşlıq üzrə Direktoru Gürbüz Könül COP29 çərçivəsində təşkil olunmuş "2030-cu ilə qədər bərpa olunan enerji üzrə qoyuluş gücünün üçqat artırılması: Mərkəzi Asiyada bərpa olunan enerjidən istifadənin sürətləndirilməsi üçün praktiki işlərin görülməsi" adlı Mərkəzi Asiya üzrə Regional Seminarda bildirib.

Onun sözlərinə görə, müxtəlif regionlar qeyri-kafi infrastrukturdan və onun inkişafının zəif dəstəklənməsindən əziyyət çəkirlər.

Qonaq qeyd edib ki, bütün regionlarda xüsusi texniki dəstək və potensialın yaradılması səyləri olmalıdır.

"Özəl sektor regionun bir çox ölkələrində mövcuddur. Yəni, özəl sektoru bu prosesə daha çox cəlb edə bilərik. İnvestorların özünü daha inamlı hiss etməsi üçün əlverişli çərçivələr yarada bilərik və sonra onları bu sahədə səfərbər edə bilərik. Bu məsələlərdə investisiya əsas komponentlərdən biridir. Nəhayət, yerli dəyər yaratmağa imkan verən və yaşıl sənayeləşmə də komponentlərdən biridir", - deyə G.Könül əlavə edib.

Son xəbərlər

Orphus sistemi