İran XİN-in rəsmisi: Xəzərin səviyyəsinin azalması dağıdıcı təsirlərə səbəb ola bilər

İran XİN-in rəsmisi: Xəzərin səviyyəsinin azalması dağıdıcı təsirlərə səbəb ola bilər Xəzərin son dərəcə dayazlaşması iqlim dəyişikliyi və antropogen amillərlə bağlıdır.
COP29
18 Noyabr , 2024 10:28
İran XİN-in rəsmisi: Xəzərin səviyyəsinin azalması dağıdıcı təsirlərə səbəb ola bilər

Xəzərin dayazlaşması iqlim dəyişikliyi və antropogen amillərlə bağlıdır.

“Report” xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin Xəzər dənizi məsələləri üzrə köməkçisi Əlirza Cahangiri COP29 çərçivəsində Azərbaycan pavilyonunda iqlim dəyişikliyi ilə əlaqədar Xəzər dənizinin səviyyəsinin azalmasına həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, bu, dəniz florası və faunası, həmçinin sahilyanı ərazilərin sosial-iqtisadi inkişafı üçün təhlükə yaradır.

"Dəniz səviyyəsinin cari templə azalmasının davam etməsi dağıdıcı nəticələrə səbəb ola, kiçik körfəzlərin və su-bataqlıq ərazilərin quruması da daxil olmaqla ekoloji böhrana gətirib çıxara bilər", - Ə.Cahangiri qeyd edib.

O vurğulayıb ki, suyun səviyyəsində tərəddüdlərə nəzarət və su-bataqlıq ərazilərin və göllərin bərpası sahəsində beynəlxalq təcrübənin tətbiqi, həmçinin sahilyanı ərazilərin əhalisinin həyat fəaliyyətinin təmin edilməsi region ölkələri arasında əməkdaşlıq məsələlərində prioritet olmalıdır.

Son xəbərlər

Orphus sistemi