İqlim dəyişikliyi ilə mübarizədə investorlar və kapital təminatçıları öz resurslarını vahid platformada birləşdirə, bu platforma isə bir sıra layihələrə sərmayə qoya bilər.
"Report" xəbər verir ki, iqlim fəaliyyəti üzrə səfir Ravi Menon noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması”nda bildirib.
"İqlim dəyişikliyi ilə mübarizədə böyük nəticə əldə etmək istəyiriksə bunu reallaşdırmalıyıq. Güzəştlər dərinləşdirilməlidir. Biz "yaşıl" keçidi həyata keçirməliyik", - deyə o qeyd edib.
Səfir həmçinin bildirib ki, COP29 maliyyəyə fokuslanıb: "Əsas məsələ inkişaf etmiş ölkələrin söz verdiyi vəsaitlərin necə idarə edilməsidir. Maliyyələşdiriləcək layihələrin iqlim dəyişikliyi ilə mübarizədə effektivliyi fokuslanmalı olduğumuzu mövzudur".