Dünya dövlətləri həm inkişafı ləngitməməli, həm də iqlim dəyişiklikləri ilə bağlı addımlar atmalı, hesabatlar təqdim etməlidirlər.
"Report" xəbər verir ki, bunu COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Françesko Korvaro BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, inkişaf dinamikası və iqlim problemləri ilə mübarizə sahəsində şəffaflığı eyni səviyyədə saxlamaq çətindir:
"Bakıda keçirilən COP29 tədbiri bütün təşəbbüslər arasında sinergiya yaratmağa çalışır. Biz ehtiyacı olan bütün tərəflərə kömək etməliyik. İtaliya ölkələrə iqlim hesabatları ilə bərabər, potensialın artırılmasına da dəstək olmağa hazırdır".