COP29 ərəfəsində Parisdə iqlim konfransı üzrə dəyirmi masa keçirilir

COP29 ərəfəsində Parisdə iqlim konfransı üzrə dəyirmi masa keçirilir Fransanın paytaxtı Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının “COP28-dən sonra: birləşmək, hərəkət etmək və BƏƏ-də əldə olunmuş konsensusu həyata keçirmək vaxtıdır” adlı sessiyalar üzrə yüksək səviyyəli dəyirmi ma
COP29
20 Fevral , 2024 14:35
COP29 ərəfəsində Parisdə iqlim konfransı üzrə dəyirmi masa keçirilir

Fransanın paytaxtı Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının “COP28-dən sonra: birləşmək, hərəkət etmək və BƏƏ-də əldə olunmuş konsensusu həyata keçirmək vaxtıdır” adlı sessiyalar üzrə yüksək səviyyəli dəyirmi masa keçirilir.

“Report” bu barədə Beynəlxalq Enerji Agentliyinə (IEA) istinadən xəbər verir.

Dəyirmi masada Azərbaycanı COP29 üzrə danışıqların baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edir.

Tədbirdə IEA-nın icraçı direktoru Fatih Birol, COP28-in prezidenti Sultan Əl-Cabir, ABŞ prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerri, COP21 prezidenti və Fransanın sabiq baş naziri Loran Fabius, Danimarkanın əməkdaşlıq və qlobal iqlim siyasəti naziri Dan Yorqensen, Almaniyada Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi Cenifer Morqan, Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni və BMT baş katibinin iqlim üzrə müşaviri Selvin Hart iştirak edir.

Qeyd edək ki, dəyirmi masa qlobal temperaturun 1.5°C-dən yuxarı qalxmasının qarşısının alınmasına yönəlmiş COP28-də əldə edilmiş əsas enerji və iqlim öhdəliklərinin icrasını müzakirə etmək üçün keçirilir.

Son xəbərlər

Orphus sistemi