COP29 çərçivəsində Naxçıvanda "Yaşıl enerji" Könüllüləri yaradılıb

COP29 çərçivəsində Naxçıvanda "Yaşıl enerji" Könüllüləri yaradılıb ​​​​​​​Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti bölgədə alternativ və bərpa olunan enerji mənbələrinin təşviqi məqsədilə yeni bir təşəbbüsə imza atıb
COP29
14 Oktyabr , 2024 14:50
COP29 çərçivəsində Naxçıvanda Yaşıl enerji Könüllüləri yaradılıb

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti bölgədə alternativ və bərpa olunan enerji mənbələrinin təşviqi məqsədilə yeni bir təşəbbüsə imza atıb.

“Report”un yerli bürosu xəbər verir ki, Xidmət tərəfindən həyata keçirilən bu layihə çərçivəsində “Yaşıl enerji” Könüllüləri yaradılıb.

Qeyd edək ki, "Yaşıl enerji" Könüllüləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş prezidenti Muxtar Babayevin Naxçıvana səfəri zamanı, onun verdiyi tövsiyəsi əsasında formalaşdırılıb.

"Yaşıl enerji" Könüllülərinin yaranması "Caspian Energy Club" "LEF Network Azerbaijan" layihəsi çərçivəsində Latviya, Estoniya və Finlandiya şirkətləri üçün muxtar respublikaya təşkil edilən “Business Tour”un forumunda elan edilib.

Layihənin əsas məqsədi Naxçıvanda “yaşıl enerji”nin imkanlarını və faydalarını geniş kütləyə çatdırmaq, xüsusilə də gənclər arasında ətraf mühitin qorunması ilə bağlı maarifləndirmə işlərini gücləndirməkdir.

Könüllülər qrupu bərpa olunan enerji texnologiyalarının tətbiqində, “yaşıl enerji” sahəsində təlim və infosessiyalar keçirməkdə aktiv rol oynayacaq. Həmçinin könüllülər tərəfindən startup layihələr də təqdim olunacaq.

Layihənin tərkib hissəsi olaraq, könüllülər seminarlar, təlimlər və ictimai tədbirlər təşkil edəcəklər.

Könüllülər həm də əhalini enerjiyə qənaət etməyə və bərpa olunan enerji mənbələrindən istifadə etməyə təşviq edəcəklər. Layihənin ilk mərhələsində könüllü qrupu formalaşdırılaraq təlimə cəlb olunacaq. Könüllülər üçün ingilis dilində kurslarda təşkil olunacaq. Gələcəkdə isə könüllülərin sayının artırılması planlaşdırılır.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən "Report"un yerli bürosuna açıqlamasında qeyd edib ki, bu təşəbbüs, ətraf mühitin qorunmasını ön planda tutan bir nəsil yetişdirmək məqsədi daşıyır: “Biz inanırıq ki, gənclər “yaşıl enerji” həllərinin gələcəyini formalaşdırmaqda əsas rol oynayacaqlar".

Son xəbərlər

Orphus sistemi