BTİ: Rəqəmsal texnologiyalar ilk dəfə iqlim gündəliyinin əsasını təşkil edir

BTİ: Rəqəmsal texnologiyalar ilk dəfə iqlim gündəliyinin əsasını təşkil edir COP29-da yüksək səviyyəli rəqəmsallaşma görüşü çərçivəsində bu gün elan edilən bəyannamə hökumətlərin, rəqəmsal sənayenin və digər maraqlı tərəflərin iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyalardan real istifadə öhdəliklərini ifadə edir.
COP29
16 Noyabr , 2024 15:26
BTİ: Rəqəmsal texnologiyalar ilk dəfə iqlim gündəliyinin əsasını təşkil edir

COP29-da yüksək səviyyəli rəqəmsallaşma görüşü çərçivəsində bu gün elan edilən bəyannamə hökumətlərin, rəqəmsal sənayenin və digər maraqlı tərəflərin iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyalardan real istifadə öhdəliklərini ifadə edir.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibinin müavini Tomas Lamanauskas bildirib.

Onun sözlərinə görə, bu öhdəlik bir il əvvəl COP28-də başladılan və bu məqsədə çatmaq üçün rəqəmsal sənaye və beynəlxalq təşkilatlardan 50-dən çox tərəfdaşı birləşdirən “Green Digital Action” təşəbbüsünə əsaslanır.

"Beləliklə, bugünkü bəyannamənin istixana qazı emissiyalarının azaldılması üçün qlobal tədbirlərdə rəqəmsal texnologiyalardan istifadə, inkişaf etməkdə olan ölkələrdə iqlim fəaliyyəti üçün rəqəmsal texnologiyaların əlçatanlığının təmin edilməsi, “yaşıl həllər”in təsirini tam başa düşmək üçün məlumatlardan istifadə kimi bir sıra məqsədləri var. Eyni zamanda buraya davamlı istehlak təcrübələrinin təşviqi, istixana qazı emissiyalarının azaldılması üçün sənaye siyasəti və texnologiyalar sahəsində ən yaxşı təcrübələrin mübadiləsi daxildir", - o bildirib.

T.Lamanauskas qeyd edib ki, bu gün rəqəmsal texnologiyaların ilk dəfə iqlim gündəliyinin əsasını təşkil etməsi çox vacib faktdır: "Biz sədrliyi ilk dəfə rəqəmsal texnologiyaları əsas gündəliyə daxil etdiyinə və əslində tarixdə ilk rəqəmsallaşma tarixini elan etdiyinə görə təşəkkür edirik”.

Son xəbərlər

Orphus sistemi