Braziliya və BƏƏ-nin nazirləri COP29-a hazırlıqları yüksək qiymətləndiriblər

Braziliya və BƏƏ-nin nazirləri COP29-a hazırlıqları yüksək qiymətləndiriblər COP28 Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), COP29 Azərbaycan və COP30 Braziliya Sədrliklərinin mədəniyyət nazirləri Rusiyanın Sankt-Peterburq şəhərində üçtərəfli görüş keçirilib.
COP29
12 Sentyabr , 2024 16:58
Braziliya və BƏƏ-nin nazirləri COP29-a hazırlıqları yüksək qiymətləndiriblər

COP28 Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), COP29 Azərbaycan və COP30 Braziliya Sədrliklərinin mədəniyyət nazirləri Rusiyanın Sankt-Peterburq şəhərində üçtərəfli görüş keçirilib.

Bu barədə “Report”a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, görüşün əsas məqsədi COP29 çərçivəsində keçiriləcək tədbirin mədəniyyət nazirlərinin İkinci Yüksək Səviyyəli Görüşünün proqram və formatını müəyyən etmək olub.

Görüşdə Azərbaycan mədəniyyət naziri Adil Kərimli, BƏƏ mədəniyyət naziri Səlim bin Xalid Əl Qassimi və Braziliya mədəniyyət naziri Marqaret Menezes iştirak edib.

COP29-un hazırlıq işləri ilə də tanış olan Braziliya və BƏƏ mədəniyyət nazirləri işləri yüksək qiymətləndirib və COP29-un ən yaddaqalan tədbir olacağına əmin olduqlarını ifadə ediblər. Eyni zamanda görüş zamanı nazirlər COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan əlavə tədbir, təşəbbüs, o cümlədən konsert və şou poqramlar barədə də fikir mübadiləsi aparıblar.

Hər iki nazir Azərbaycan tərəfinə bu məsələləri daima diqqətdə saxladığına və beynəlxalq müstəvidə təbliğ etdiyinə görə təşəkkürlərini bildirib.

Son xəbərlər

Orphus sistemi