Kollektiv kəmiyyət hədəfi və iqlim maliyyəsi üzrə COP29-un nəticəsi beynəlxalq ictimaiyyətin milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) həyata keçirilməsində nə qədər ciddi olduğuna dair mühüm sınaq olacaq.
“Report” xəbər verir ki, bunu BMT baş katibinin müavini Əminə Məhəmməd bu gün Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel sessiyasında deyib.
O, dünya ictimaiyyətini uzunmüddətli razılaşma əldə etmək üçün birlikdə işləməyə çağırıb, çünki dünyanın buna çox ehtiyacı var.
"İnsanlara yenidən ümid vermək üçün nəyə isə ehtiyacımız var və dünya ictimaiyyətinin üzləşdiyi iqlim dəyişikliyi probleminin həllindən daha yaxşı nə ola bilər? Qarşıdakı 13 ayda görəcəyimiz tədbirlər həlledici əhəmiyyət kəsb edəcək. Biz isə öz istəklərimizdə cəsarətli olmalı və eyni zamanda dərhal hərəkət etməliyik”, - Ə.Məhəmməd qeyd edib.