Azərbaycan Maliyyə Nazirlərinin İqlim Fəaliyyəti üzrə Koalisiyasının nümayəndələri ilə əməkdaşlıq edəcək

Azərbaycan Maliyyə Nazirlərinin İqlim Fəaliyyəti üzrə Koalisiyasının nümayəndələri ilə əməkdaşlıq edəcək Azərbaycan İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasınından irəli gələn məsələlərlə bağlı Maliyyə Nazirlərinin İqlim Fəaliyyəti üzrə Koalisiyasının Nümayəndələri ilə əməkdaşlıq edəcək.
COP29
2 Fevral , 2024 18:48
Azərbaycan Maliyyə Nazirlərinin İqlim Fəaliyyəti üzrə Koalisiyasının nümayəndələri ilə əməkdaşlıq edəcək

Azərbaycan İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasınından irəli gələn məsələlərlə bağlı Maliyyə Nazirlərinin İqlim Fəaliyyəti üzrə Koalisiyasının Nümayəndələri ilə əməkdaşlıq edəcək.

Bu barədə "Report"a Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Niderlandın Haaqa şəhərində Maliyyə Nazirlərinin İqlim Fəaliyyəti üzrə Koalisiyasının Nümayəndələrinin iclası keçirilib.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində iclasa qonaq qismində dəvət olunub və Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov açılış mərasimində virtual formatda iştirak edib.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi üçün namizədliyini dəstəkləyən Konvensiya tərəfdaşlarına təşəkkürünü bildirən A.Mursaqulov öz çıxışında COP29-un gündəliyində əsas çağırış olan iqlim maliyyəsinin əhəmiyyətindən bəhs edib, Koalisiya üzvlərinə İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasınından irəli gələn məsələlərdə birgə əməkdaşlığa çağrış edib. O, Koalisiyaya üzv olmamasına baxmayaraq Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə sıx əməkdaşığın qurulacağına əminliyini ifadə edib.

COP29-a ev sahibliyi münasibəti ilə ölkəmizi təbrik edən Koalisiya həmsədrləri bu istiqamətdə Azərbaycan ilə yaxından əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıblar.

2018-ci ildə yaranan və 90-dan çox ölkənin üzv olduğu İqlim fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası 26 İnstitusional Tərəfdaş tərəfindən dəstəklənən və iqlimlə mübarizə tədbirlərini sürətləndirmək üçün maliyyə nazirlərinin rəhbərlik etdiyi qlobal təşəbbüsdür. Hazırda Koalisiyaya Niderland və İndoneziya həmsədrlik edir.

Son xəbərlər

Orphus sistemi