Arif Məmmədov Balkan və Qara dəniz Forumunun Səfirlər görüşündə COP29-dan danışıb

Arif Məmmədov Balkan və Qara dəniz Forumunun Səfirlər görüşündə COP29-dan danışıb Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov Balkan və Qara dəniz Forumunun 4-cü Səfirlər görüşündə COP29 sədrliyinin prioritetləri və təşəbbüsləri barədə danışıb.
COP29
25 Oktyabr , 2024 00:58
Arif Məmmədov Balkan və Qara dəniz Forumunun Səfirlər görüşündə COP29-dan danışıb

Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov Balkan və Qara dəniz Forumunun 4-cü Səfirlər görüşündə COP29 sədrliyinin prioritetləri və təşəbbüsləri barədə danışıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Balkan ölkəsindəki diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Səfir Arif Məmmədov Balkan və Qara dəniz Forumunun 4-cü Səfirlər görüşünə ev sahibliyi edib. Görüş zamanı səfir Məmmədov həmkarlarını Azərbaycanın “yaşıl gündəliyi”, COP29 Sədrliyi prioritetləri və təşəbbüsləri barədə məlumatlandırıb və onları bu məsələyə dəstək verməyə təşviq edib”, – səfirliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.

Xatırladaq ki, iyunda azərbaycanlı diplomat Yunanıstanın Patras Universitetinin rektoru Kristos Bourasla görüşdə əməkdaşlıq imkanlarını nəzərdən keçirmişdi.

İlin əvvəlində səfir etimadnaməsini Yunanıstan Prezidenti Katerina Sakellaropulouya təqdim etmişdi.

Son xəbərlər

Orphus sistemi