ÜTT 2020-ci il üçün qlobal ticarət proqnozunu açıqladı

Biznes
  • 08 aprel, 2020
  • 15:19
ÜTT 2020-ci il üçün qlobal ticarət proqnozunu açıqladı

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 2020-ci ildə dünya ticarətinin koronavirus pandemiyası fonunda 13%-dən 32%-ə qədər geriləyəcəyini proqnozlaşdırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu məlumatlar qurumun çərşənbə günü Cenevrədə dərc edilmiş hesabatında verilib.

Qeyd edilib ki, pandemiya dünyada normal iqtisadi fəaliyyəti və həyatı pozduğuna görə belə geriləmə gözlənilir.