"Tesla"nın ötən il itkisi 976 milyon dollar olub
Biznes
- 31 yanvar, 2019
- 06:24
Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ-ın avtomobil istehsalçısı olan "Tesla" şirkətinin 2018-ci ildəki zərəri, təxminən, 976 milyon dollar təşkil edib.
"Report" xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunan hesabatda bildirilib.
Bu məbləğ hər bir səhm üçün, təqribən, 5,72 dollar itki deməkdir.
Bu, ötən illə müqayisədə milyard dollar azdır. Beləliklə, şirkət 2017-ci ilə nisbətdə xalis zərərini 50% azaldıb.
İl üzrə gəlir 21,5 milyard dollar təşkil edib ki, bu da keçən illə müqayisədə 82 faiz artım deməkdir.
2019-cu ildə "Tesla" 2018-ci ildə yüksək tələbat olan "Model S" və "Model X" satışlarını azaltmağı planlaşdırır. Şirkət izah edir ki, bu tələbat gözlənilən də çox olduğundan artıq onun bir qədər azalacağını gözləmək lazımdır.
Son xəbərlər
11:09
Qubanın Qonaqkəndində torpaq sürüşməsi rayonla kəndləri birləşdirən avtomobil yolunu sıradan çıxarıb
Hadisə11:05
Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Ekologiya11:00
"Sabah"ın U-18 komandası Çempionlar Liqasında sonuncu oyununa çıxır
Komanda10:55
Salyanda yol qəzası olub, ölən və xəsarət alanlar var
Hadisə10:35
Ötən gün Tərtərdə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə10:23
"Barselona" kamerunlu futbolçu Kristian Kofaneni heyətinə qatmaq istəyir
Futbol10:23
Foto
Gəncədə pravoslavlar Pasxa bayramını qeyd edir
Din10:04
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Daxili siyasət09:54