Noyabrda avrozona ölkələrində 1 milyondan çox avtomobil satılıb
Biznes
- 17 dekabr, 2019
- 11:09
Bu ilin noyabr ayında avrozonada qeydiyyata alınmış yeni avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% artaraq 1 175 959-a çatıb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) hesabatında qeyd olunub.
Sənədə əsasən, bu ilin yanvar-noyabr aylarında avrozonada qeydiyyata alınan avtomobillərin sayı isə illik müqayisədə 0,3% azalaraq 14 123 228-ə düşüb.
Ötən ay ən çox avtomobil Almaniyada (299 127) qeydiyyata alınıb. Növbəti yerlərdə Fransa (172 731) və Böyük Britaniya (156 621) qərarlaşıb.
Hesabat ayında ən çox avtomobil satışını "WW Group" (301 524), "PSA Group" (171 932) və "Renault Group" (119 998) həyata keçiriblər.
Son xəbərlər
05:52
Süd Yolu qalaktikasının mərkəzində qara dəlik yox, qaranlıq maddə ola bilər
Elm və təhsil05:16
"SpaceX" raketi daha bir qrup "Starlink" internet peykini orbitə çıxarıb
İKT04:51
AP: Tramp ABŞ hərbçilərini İran və Ukrayna üzrə diplomatik səylərə cəlb edib
Digər ölkələr04:14
"The Washington Post" qəzetinin baş direktoru istefa verib
Digər ölkələr03:48
KİV: Şimali Koreyanın hakim partiyasının qurultayında əsas siyasət istiqamətləri müəyyən ediləcək
Digər ölkələr03:10
Foto
Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib
Hadisə02:58
Kiyevdə kritik infrastruktur alternativ enerji mənbələrinə keçirilib
Digər ölkələr02:33
İtaliyanın şimalında qar uçqunu nəticəsində üç xizəkçi həlak olub
Digər ölkələr02:04