Koronavirus (COVID-19) pandemiyasının yaratdığı iqtisadi və sosial risk qlobal işsizliyi, təxminən, 25 milyon nəfər artıra və əmək böhranına səbəb ola bilər.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının (İLO) "COVID-19 və İş Həyatı: Təsir və Cavablar" adlı ilkin qiymətləndirmə hesabatında bildirilib.
“İLO”un hesabatında pandemiyanın əmək bazarına təsirini azaltmaq və ya aradan qaldırmaq üçün görüləcək əsas tədbirləri də açıqlayıb:
- Sosial müdafiənin genişləndirilməsi;
- Qısa iş vaxtı, ödənişli məzuniyyət və digər təşviqlərlə məşğulluğun qorunmasına dəstək verilməli;
- Biznesin həcmindən asılı olmayaraq bütün müəssisələrə, yəni mikro, kiçik, orta və iri müəssisələrə maliyyə və vergi dəstəyi vermək;
- Maliyyə və pul siyasəti tədbirlərinin alınması;
- İqtisadiyyatın xüsusi sektorları üçün kredit və maliyyə dəstəyi təmin etmək;
Hesabatda bildirilib ki, məşğulluğun azalması bu ilin sonuna qədər qlobal miqyasda işçilərin gəlirlərinin təxminən 860 milyard- 3,4 trilyon ABŞ dolları civarında azalmasına səbəb olacaq.