Gələn ilin əvvəllərində Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın 8-ci iclası keçiriləcək

Gələn ilin əvvəllərində Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın 8-ci iclası keçiriləcək Bakı. 26 sentyabr. REPORT.AZ/ İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşüb.
Biznes
26 Sentyabr , 2018 14:32
Gələn ilin əvvəllərində Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın 8-ci iclası keçiriləcək
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ İsveçrənin Azərbaycandakı səfiri Filip Ştalder Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşüb.

“Report” bu barədə ASK-ya istinadən xəbər verir.

“Azərbaycanın Berndəki səfirliyi iki ölkə arasında ticari əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparır. Onların dəstəyi ilə bu il Azərbaycanın fındıq istehsalçıları İsveçrəyə səfər ediblər. İstərdik ki, isvəçrəli iş adamları da Bakıya səfər etsinlər. Bu ilin iyun ayında İsveçrənin yüksək rütbəli şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər ediblər və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüblər. Gələn ilin yanvar ayının sonunda İsveçrədə keçiriləcək Dünya İqtisadi Forumdan əvvəl və ya sonra Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasının keçirilməsi nəzərdə tutulur. Bu iclasda hər iki ölkənin rəsmiləri, həmçinin İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) rəhbərinin iştirakı gözlənilir və yəqin ki siz də bu icilasda iştirak edəcəksiniz,”- səfir bildirib.

ASK-nın fəaliyyəti haqqında geniş məlumat verən M.Musayev isə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu söyləyib. 

“Bildiyiniz kimi, son illər dövlət başçımızın rəhbərliyi altında ölkədə əsaslı iqtisadi islahatlar aparılır və Azərbaycanda investisiya yatırmaq üçün çox gözəl imkanlar var. İsveçrəli sahibkarları bu imkandan istifadə edə bilərlər. İsveçrəli məhsullar xüsusən saatları, süd məhsulları, şokoladları, dərmanları hər zaman öz keyfiyyəti ilə seçildiyi üçün bizdə çox məşhurdur. İsveçrəli şirkətləri Azərbaycana gəlməklə həm də böyük bir bazara çıxmaq imkanı əldə etmiş olurlar. Bu tək yerli bazar deyil, şirkətləriniz məhsullarını eyni zamanda Rusiya, Qazaxıstan, Özbəkistan və başqa ölkələrə ixrac etmək üçün Azərbaycanın yerləşdiyi coğrafi şəraitindən və logistika imkanlarından yaralana bilərlər. Əlbətdə, biz gələn ilin yanvarında azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyəti ilə qeyd etdiyiniz iclasda iştirak edəcəyik.” - M.Musayev qeyd edib.

Səfir hazırda Azərbaycanda İsveçrənin “Holcim”, "Novartis Pharma Services AG", "Roche" və digər şirkətlərin fəaliyyət göstərdiyini, iki ölkə arasında iqtisadi əməkdalığın gücləndirilməsi nəticəsində gələcəkdə bu şirkətlərin sayının artacağına ümid etdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi