Ekspert: Türkiyə və Azərbaycanla mehriban münasibətlərin qorunması Gürcüstan üçün xüsusilə vacibdir

Ekspert: Türkiyə və Azərbaycanla mehriban münasibətlərin qorunması Gürcüstan üçün xüsusilə vacibdir Dünyada baş verən qlobal proseslər Cənubi Qafqazda yeni geosiyasi bölüşdürməyə səbəb olarsa, bu, ilk növbədə Gürcüstana təsir göstərəcək.
Region
25 Yanvar , 2025 21:34
Ekspert: Türkiyə və Azərbaycanla mehriban münasibətlərin qorunması Gürcüstan üçün xüsusilə vacibdir

Dünyada baş verən qlobal proseslərin Cənubi Qafqaza təsiri ilk növbədə Gürcüstanda hiss olunur.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri “Birləşmiş Neytral Gürcüstan” təşkilatının üzvü, politoloq Bidzina Giorgobiani “Daily Chronicle” proqramında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Gürcüstan üçün strateji tərəfdaşlar olan Türkiyə və Azərbaycanla 33 illik mehriban münasibətlərin saxlanılması xüsusi əhəmiyyət daşıyır.

“Bizim üçün ən vacib məsələ qonşularımız – Türkiyə və Azərbaycanla, daha sonra isə Ermənistanla yaxşı münasibətləri qoruyub saxlamaqdır. Yeni dünya nizamı formalaşdıqdan sonra Rusiya ilə münasibətlərin gələcəyinin necə olacağını görəcəyik. Gürcüstan üçün qonşularla yaxşı münasibətlərin qurulması birinci prioritet olmalıdır. Daha sonra isə qlobal layihələr barədə düşünməliyik,” – B.Giorgobiani qeyd edib.

Son xəbərlər

Orphus sistemi