İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” üzərində inamlı qələbə qazanıb

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” üzərində inamlı qələbə qazanıb İngiltərə Premyer Liqasının 23-cü turunda “Mançester Siti” “Çelsi”ni qəbul edib.
Futbol
25 Yanvar , 2025 23:32
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” üzərində inamlı qələbə qazanıb

İngiltərə Premyer Liqasının XXIII turunda “Mançester Siti” “Çelsi”ni qəbul edib.

“Report” xəbər verir ki, “Siti Of Mançester Stedium”da baş tutan oyunu baş hakim Con Bruks idarə edib.

Oyunda hesab erkən açılıb: “şəhərlilər”in özbəkistanlı müdafiəçisi Abdukodir Xusanovun kobud səhvini Noni Madueke bağışlamayıb. Erkən qola baxmayaraq, Xosep Qvardiolanın yetirmələri toparlanmağı bacarıb və ilk hissənin sonlarına yaxın "status-kvo"nu bərpa ediblər. 42-ci dəqiqədə Yoşko Qvardiol Mateuş Nunyeşin ötürməsindən maksimum yararlanıb.k

İkinci hissəyə fəal başlayan tərəf ev sahibləri olub. Artan təzyiqin nəticəsi kimi 68-ci dəqiqədə Erlinq Holann qapıçının irəli çıxmasından istifadə edərək topu tora göndərib. Qarşılaşmada son nöqtəni isə 87-ci dəqiqədə Fil Foden qoyub – 3:1.

Bu qələbədən sonra “Mançester Siti” (41 xal) dördüncü pilləyə yüksəlib. İtaliyalı çalışdırıcı Entso Mareskanın yetirmələri isə 40 xalla altıncı pilləyə geriləyib. Turnir cədvəlinin lideri isə Arne Slotun “Liverpul”udur - 53 xal.

Xatırladaq ki, daha əvvəl “qırmızılar” “İpsviç”i darmadağın etmişdilər.

Son xəbərlər

Orphus sistemi