Ərzaq qiymətlərinin artması humanitar böhran yarada bilər

Ərzaq qiymətlərinin artması humanitar böhran yarada bilər Əgər ərzaq qiymətləri bu şəkildə artmağa davam edərsə, dünya əhalisinin yarıdan çoxunu əhatə edəcək ağır humanitar böhran yarana bilər.
Biznes
2 Dekabr , 2019 16:07
Ərzaq qiymətlərinin artması humanitar böhran yarada bilər

"Əgər ərzaq qiymətləri bu şəkildə artmağa davam edərsə, dünya əhalisinin yarıdan çoxunu əhatə edəcək ağır humanitar böhran yarana bilər".

"Report" "CNBC"yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Nomura" maliyyə xidmətinin hesabatında bildirilib.

"Qida məhsullarının bahalaşmasına qarşı ən həssas ölkələr dünya iqtisadiyyatının çox az hissəsinə sahib olsalar da, dünya əhalisinin böyük bir hissəsini təşkil edirlər. Ərzaq məhsullarının bahalaşması iqtisadi tənəzzülə səbəb olmasa da, qlobal humanitar böhrana səbəb ola bilər", - "Nomura" analitikləri qeyd ediblər.

Məlumata görə, risk altındakı 50 ölkə qlobal ÜDM-nin 26,1%-ni təşkil etsə də, dünya əhalisinin 59,1%-ni təşkil edir.

Xatırladaq ki, "Nomura"nın böhran qarşısında ən həsas ölkələri sıraladığı "Qida İndeksi"ndə ilk beşlikdə Liviya, Tacikistan, Qaradağ, Suriya, Əlcəzair qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi