Azərbaycan və Tacikistan birgə müəssisələr yaratmaq istəyir

Biznes
  • 18 sentyabr, 2019
  • 06:16
Azərbaycan və Tacikistan birgə müəssisələr yaratmaq istəyir

Azərbaycan və Tacikistan birgə müəssisələrin yaradılması layihələri üzərində çalışır.

"Report" xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli Azərbaycan-Tacikistan aqrobiznes forumunda bildirib.

Onun sözlərinə görə, bunun üçün Tacikistanın Azərbaycanın biznes təcrübəsini öyrənməsi vacibdir.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev isə bildirib ki, birgə müəssisələrin kənd təsərrüfatının bütün sahələrində, o cümlədən bağçılıq, heyvandarlıq, üzümçülük, istixana) yaradılması imkanları nəzərdən keçirilir.