Bakı. 27 sentyabr. REPORT.AZ/ Gün ərzində Azərbaycanın Rusiya ilə dövlət sərhədində yerləşən Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal və ixrac xəttindən 300-400 minik avtomobil keçir.
“Report”un məlumatına görə, bunu “Samur” gömrük postunun baş inspektoru Nicat Muxtarlı jurnalistlərə açıqlamasında bildirib.
Bundan başqa, onun sözlərinə görə, gün ərzində adıçəkilən xətlərdən keçən yük avtomobillərinin sayı isə 120-130-dur.
“İdxal və ixrac xətlərinin hər birində eyni vaxtda 3 yük avtomobilini yoxlamaq mümkündür. Bir yük avtomobilinin yoxlanılması 15-20 dəqiqə, bir minik avtomobilinin yoxlanılması isə 5 dəqiqə çəkir. Gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir”, - deyə N.Muxtarlı qeyd edib.
Aqşin Rafiqoğlu