"Ziraat Bank (Azerbaijan)"ın sədrinə daha bir vəzifə verilib

Biznes
  • 04 noyabr, 2016
  • 13:33
Ziraat Bank (Azerbaijan)ın sədrinə daha bir vəzifə verilib

Bakı. 4 noyabr. REPORT.AZ/ "Ziraat Bank (Azerbaijan)" ASC-nin İdarə Heyətinin sədri Avni Demirciyə daha bir vəzifə verilib. 

“Report”un məlumatına görə, o, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədr müavini seçilib. 

Xatırladaq ki, A.Demirci "Zıraat Bank (Azerbaijan)" fəaliyyətə başlayandan ona rəhbərlik edir.