Hazırda Azərbaycan iqtisadiyyatı neft və qeyri-neft sektorunun balanslaşdırılmış nisbəti əsasında uğurla inkişaf edir. Bu amil öz növbəsində ölkəmizin beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, regionun lideri kimi geosiyasi mövqelərini də möhkəmləndirir.
“Report”un məlumatına görə, Prezident İlham Əliyev ölkə iqtisadiyyatı üçün gözəl imkanlar yaradır, Azərbaycanı iqtisadi cəhətdən qüdrətli dövlətə çevirir, beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir, tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu siyasəti dəstəkləmək və Prezidentin beynəlxalq münasibətlərdə möhkəmlənmə mövqeyinə töhfə vermək məqsədilə yerli bazarda fəaliyyətini uğurla davam etdirən “Grandmart” şəbəkəsi Azərbaycan məhsullarının xarici ölkə bazarlarında layiqincə təmsil olunması və Azərbaycan brendinin qlobal markaya çevrilməsi yolunda ilk addımlarını atıb.
Belə ki, yaxın zamanlarda “Grandmart” şəbəkəsi Qazaxıstanın Aktau şəhərində 3 000 kv. metrlik filialınının açılışı ilə pərakəndə markalarının yalnız ölkə daxilində deyil, ölkə sərhədlərindən kənarda da fəaliyyət göstərməsinə və Azərbaycan adının daha da tanınmasına stimul olacaq. Bu əlamətdar hadisə yalnız “Grandmart” supermarketlər şəbəkəsinin deyil, ümumən Azərbaycan pərakəndə sahəsinin uğurudur.
Layihənin həyata keçirilməsində əvəzsiz rol oynayanlar isə “Grandmart” şəbəkəsinin rəhbərləri Eşqin İsmayıllı və Turan Özbahcecidir. Uzun illər ərzində adları qeyd olunan iki şəxsin Azərbaycanın pərakəndə sahəsində ixtisaslaşmış şəbəkələrin yaradılmasında və formalaşmasında əhəmiyyətli təsiri olub.
Eşqin İsmayıllı – “Megastore” supermarketlər şəbəkəsinin qurucusu, eyni zamanda B2B və B2C sahəsində öncül layihələrdən sayılan “Bakumart Supply” şirkətinin təsisçisidir. Pərakəndə sahəsinə gətirdiyi yenilikçi texnoloji həllərlə yanaşı uzun illərdir milli pərakəndə bazarında -üstün xidmət- prinsipini əsas tutan E. İsmayıllı birəbir müştəri məmnuniyyəti və sistemli idarəetmə üslubu ilə pərakəndə sektoruna öz töhfəsini verib.
Turan Özbahceci – Türkiyəli iş adamı 2012-ci ildə Trakya bölgəsində olan 51 marketdən 21-nin İngiltərənin ən güclü pərakəndə qrupu olan “Tesco-Kipaya” satışını həyata keçirib, 2011-ci ildən “Araz” supermarketlər şəbəkəsinin qurucu ortağı və CEO-su olub, 2015-ci ildə isə Qafqazın ən böyük gurme və VİP mağazası olan "Port Baku Bazar”ın açılışını reallaşdırıb.
Pərakəndə bazarının iki aparıcı lideri E. İsmayıllı və T. Özbahceci eyni layihədə bir araya gələrək Azərbaycan pərakəndə bazarının inkişafı üçün “Grandmart”, “Bolmart” və “Baqqal” layihələrində böyük uğurlara imza atıblar. “Bolmart” şəbəkəsi üzrə yalnız Bakı şəhərində deyil, respublikanın bir çox regionlarında müştərilərin tələbatlarının qarşılanması və bazarın yüksək səviyyədə təmin edilməsi ilə peşəkarlıq səviyyəsini genişləndirməyə nail olub.
Bundan başqa, “Grandmart” şəbəkəsinin “Səbət”, “Fresco”, “Avromart” marketlərini satınalması və həmin marketlərin rebrendinq edilərək Bakı şəhəri üzrə 32 filialda üstün xidmət anlayışı ilə “Grandmart” adı altında yenidən bazara təqdim edilməsi pərakəndə sektoruna yeni nəfəs gətirib.
“Grandmart” şəbəkəsinin Aktau şəhərində yeni filialının yaradılmasının ölkəmizin pərakəndə sahəsi üzrə dünya bazarında tanınması yolunda ilk addım olacağına və prezidentin dəstəyi ilə bu uğurlu layihə kimi bir çox sahələrdə ölkə iqtisadiyyatının daha geniş miqyasda inkişaf edəcək.